Tibbi məlumatlar

Orqanizmdə C vitamini çatışmazlığının 10 Əlaməti

Tarix : 21.03.2023 17:08 Oxunub : 59

C vitamini orqanizmin sağlam olması, normal çalışması üçün çox önəmlidir. Bu vitamin hər gün lazımı qədər qəbul etmək lazımdır. Çünki başqa vitaminlərdən fərqli olaraq C vitamini orqanizmdə çox uzun zaman qala bilmir. Bəs C vitamininin azlığı, çatışmazlığını necə bilmək olar? e-tibb.az Türkiyə mediasına istinadən həmin əlamətləri təqdim edir:

Diş ətinin şişməsi, qanaması

  • Orqanizm C vitamini çatışmazlığı yaşayırsa, diş əti iltihabının yaranması ehtimalı böyükdür. Diş gigiyenasına əməl etsəniz belə, dişləriniz yenə də şişir və qanayırsa, C vitamini ilə zəngin qidalar qəbul etməyi sınaqdan keçirin. Mütəxəssilər hər yetkin qadın üçün gündə 75 mq, yetkin kişilər üçün isə gündə 90 mq C vitamini qəbul olunmasını tövsiyə edirlər. Siqaret istifadəçilərində isə bu normaya gündə 35 mq da əlavə olunmalıdır.

Bədəndə göyərmə yaranırsa və hər hansı yara çox gec sağalırsa

  • Bildirilir ki, bədənin hansısa yeri yaralanır və çox gec sağalarırsa və ya harasa toxunub tez göyərirsə, bu, böyük ehtimalla C vitamini çatışmalığına bir işarədir. Bunu aradan qaldırmaq üçün sitrus meyvələri, eləcə də göyərtiləri müntəzəm olaraq yemək tövsiyə olunur.

Saçlarınız qırılıb tökülürsə

  • Saçlarınız çox tökülürüsə yenə də qidalara diqqət etməlisiniz. Məsələn, brokoli, kivi yeməklə bunu aradan qalıdırmaq olar.

Tez-tez oynaq ağrılarlınız olursa

  • Oynaq ağrıları C vitamin çatışmazlığının ən çox yayılan əlamətlərindən biridir. C vitamini çox güclü bir antioksidantdır və onun əskikliyi zamanı iltihaba bağlı olaraq ağrılar yarana bilər. Ona görə də C vitamini ilə zəngin qidalar qəbul etməyi alışqanlıq halına gətirmək lazımdır.

Tez-tez xəstələnirsinizsə

  • Çox tez-tez qrip olursunuzsa, soyuqdəymə yaranırsa, çox güman ki, immunitetiniz zəifləyib. C vitamini yoluxucu xəstəliklərlə mübarizə aparan ağ qan hüceyrlərinin yaranmasına yardım edir. Ona görə də C vitaminini artıraraq bu durumu aradan qaldıra bilərsiniz.




Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi