Tibbi məlumatlar

B6 vitamini və ya Piridoksin faydaları

Tarix : 21.03.2023 17:00 Oxunub : 61

Vitamin B6 (piridoksin)- suda həll olan, immunitet sisteminin və beyin funksiyalarının düzgün işləməsi üçün orqanizmə lazım olan əsas vitaminlərdən biridir. İstiliyə və işığa həssas olan B6 vitamini günəş işığının təsiri ilə yemək və emal zamanı asanlıqla parçalanır.

Çoxsaylı fermentlərin kofaktoru kimi B6 iştaha, psixi sağlamlığa, ağrıya qarşı həssaslığa təsir edən serotonin və dopamin istehsalında mühüm rol oynayır.

B6 Vitamininin Faydaları Nələrdir?

  • B6 vitamini bir çox sistemdə, xüsusən də immunitet sistemində və enerji mübadiləsində bədən üçün əhəmiyyətli bir rola malikdir. Əhval-ruhiyyəni yaxşılaşdırmaq, depressiya əlamətlərini azaltmaq və beyin sağlamlığını dəstəkləmək üçün müsbət təsirlərə malikdir. Vitamin B6-nın digər faydaları aşağıdakılardır: Beyin və sinir sisteminin sağlamlığına faydalıdır, Alzheimer kimi nevroloji xəstəliklərdən qoruyur. Əhval-ruhiyyəni yaxşılaşdırır və depressiya riskini azaldır. Hemoqlobin istehsalına kömək edərək anemiyanın inkişafının qarşısını alır. Ürək-damar xəstəliklərindən qoruyur. Hamiləlik zamanı bulantıları azaltmağa kömək edir. Xərçəngin qarşısını almağa kömək edir. Göz sağlamlığının qorunmasında təsirlidir. Revmatoid artritin səbəb olduğu iltihabın müalicəsində faydalıdır.

 

  • B6 (pridoksin hidroxlorid) vitamini çatışmazlığı özünü dəridə, ağız boşluğunun selikli qişasında və mərkəzi sinir sistemində baş verən xəstəliklərlə biruzə verir. Çatışmazlıq adətən ikincili olaraq baş verir. Adətən B6 çatışmazlığı hamilələrdə, xroniki spirtli içki qəbul edənlərdə, polinevritdə, Parkinson xəstəliyində, epilepsiyada, dermatitidə, anemiyalarda, revmatizm xəstəliyində, xroniki hepatit zamanı daha qabarıq hiss olunur. B6 vitamini fermentlərin, aminturşuların mübadiləsində, histamin mübadiləsində, yağ mübadiləsində yaxından iştirak edir. B6 vitamininin çatışmazlığı çəki itkisinə, mərkəzi sinir sisteminin zəifləməsinə səbəb olur.

B6 vitamini ilə zəngin qidalar:

  • Kəpək (düyü və buğda): Düyü və buğda kəpəyi B6 vitamini baxımından ən zəngin qidalar sırasındadır. Sarımsaq: Sarımsaq digər faydaları ilə bərabər, eyni zamanda yaxşı bir B6 vitamini mənbəyidir. 1 çay qaşığı və ya 1 diş sarımsaqda 0.04 mq B6 olur və bu miqdar gündəlik ehtiyacın 2%-nə uyğun gəlir. Balıq: Ton, alabalıq, kimi dərin dəniz balıqları zülal, yağ turşuları və B6 vitamini üçün yaxşı bir mənbədir. Məsələn, 100 qram ton balığı gündəlik B6 vitamini ehtiyacının yarısını ödәyir. Fındıq: Kalium və mis mineralları baxımından zəngin olan fındıq eyni zamanda B6 vitamini də ehtiva edir. 100 qram qovrulmuş fındıqda 0.17 mq B6 vitamini vardır və bu miqdar gündəlik B6 vitamini ehtiyacının 9%-ni ödəyir. Bundan başqa qaraciyər, yumurta, yerkökü,küncüt kimi qidalar da B6 vitamin mənbəyi hesab olunur.




Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi