Riboflavin (B2 vitamini) zülal, yağ və karbohidrat metabolizmasında iştirak edən suda həll olunan, bioloji cəhətdən aktiv bir maddədir. Orqanizmdə enerjinin əmələgəlməsində mühüm rolu vardır. Şəkər səviyyəsini normallaşdırır, qocalma prosesini yavaşladır, toxuma tənəffüsünə , karbohidratların ATF- ə çevrilməsinə kömək edir. Riboflavin preparatları dəri xəstəlikləri, gec sağalan yaraların, göz xəstəlikləri, şəkərli diabet, anemiya, qaraciyər sirozu və bağırsaq patologiyalarının müalicəsində istifadə olunur.
B2 vitamini çatışmazlığı- ariboflavinoz əlamətləri:
- Ağız ətrafında çatlar Ağızda və dildə yaralar Quru dəri Qırmızı dodaqlar Dəmir defisitli anemiya Saç rəngində matlıq, dəri qırışları İştahsızlıq Göz yorğunluğu,parlaq işığa qarşı həssaslıq,qanlı gözlər, görmə pozğunluğu Katarakt riski Psixi depressiya və unutqanlıq Zülalların, yağların və karbohidratların sorulması pozulur Həzm sistemi problemləri yarana bilər.
B2 vitamini faydaları
- Vitamin B2 əzginlik və yorğunluğu azaltmağa kömək edir, həmçinin enerji istehsalı metabolizmasını dəstəkləyir.Vitamin B2 də və qırmızı qan hüceyrələrinin istehsalında mühüm rol oynayır, bununla dəri, saç və dırnaq kimi toxumaların oksigen təçizatında faydalıdır. Baş ağrısı, ekzema, dermatit, revmatoid artrit və katarakta kimi xəstəliklərin qarşısının alınması üçün lazım olan vitamin növüdür. Həmçinin böyümə və inkişafa kömək edir və xərçəng riskindən qoruyur. Astma və bronxit kimi xəstəliklərin qarşısının alınmasında da mühüm rol oynayır.
B2 vitamini hansı qidalarda var?
- B2 vitamini çatışmazlığını düzgün qidalanma ilə aradan qaldırmaq olar. Çünki gündəlik istehlak edilən yaşıl yarpaqlı tərəvəzlər və süd məhsulları tələb olunan B2 vitaminini ilə zəngindir. B2 ilə zəngin olan digərqidalar bunlardır:
- Böyrək, qaraciyər və ürək kimi heyvan mənşəli qidalar Yağlı balıqlar Yaşıl yarpaqlı tərəvəzlər Yumurta İspanaq, Brüssel kələmi, brokoli, göbələk, noxud Tam taxıl məhsulları Fındıq Çörək Küncüt
Gündəlik vitamin B2 tələbatı nə qədərdir?
- Yetişkin şəxslərdə 1-2 mq arasında dəyişir. Hamiləlik və laktasiya dövründə B2 vitamini ehtiyacı 15 mq-a qədər arta bilər.