A vitamini dəri, saç, dırnaq və dişlərin normal inkişafı üçün vacib vitamindir. O olmasa biz gözümüzlə ətrafı rəngli görə bilmərik, cinsiyyət hormonlarımız olmaz, immunitetimiz çalışmaz.
525.az xəbər verir ki, əgər bir insan gündəlik A vitamini dozasını normasında almırsa, onda avitaminoz yaranır, fəsadlarını isə saymaqla bitməz.
Retinol - A vitamini yağlı həll olan vitamindir, 1920-ci ildə kəşf edilib. İlk dəfə kökdə tapılıb, ona görə onun sənaye adı karotinoiddir.
A vitamini orqanizmə efir yağı kimi düşür, nazik bağırsaqda parçalanır, qaraciyərə ötürülür. Orda depolaşır. Lazım olduqda ordan qanla orqanizmə ötürülür. Böyük insanın gündəlik dozası 1 mq- 3300 Me-dir. Vitamini qida ilə əldə etmək mümkündür.
Bəzən olur ki, insan kifayət qədər A vitamini qəbul edir, amma orqanizmdə sovrulmur. Bu mədə-bağırsaq pozğunluğu ilə əlaqəli ola bilər. Həmçinin qaraciyər xəstəliyi, sirrozda, lyambliya, qurd, parazit olduqda, xroniki diareya, piylənmə, şəkərli diabet zamanı də bu vitamin yaxşı mənimsənilmir.
Hamiləlik, gərgin fiziki, zehni iş, stres, temperatur dəyişikliyi zamanı da insanda A vitamini yaxşı mənimsənilmir, çatışmazlıq hiss oluna bilir.
A vitamini azlığını nədən bilməli?
Qan analizi ilə vitamin əskikliyi təsdiq olunur. Sonra qastroenteroloqa müraciət edilir. Əgər gözdə problem varsa, o zaman oftalmoloqa da getməlisiz.
Həkim ilk öncə xüsusi dieta, qidalanma təyin edərək, defisiti qida ilə aradan qaldırmalıdır. Əgər bu effekt verməsə, kapsula təyin olunur. Amma unutmayın ki, A vitamini qəbul edən zaman E vitamini də olmalıdır ki, bağırsaqda retinolun turşulaşmasının qarşısını alsın. Yaxşı olar ki, vitamin az miqdarda bitki yağı ilə birgə qəbul olunsun.
A vitaminin əskikliyinin əlamətləri:
- İlk növbədə görmədə pozğunluq, toyuq korluğu deyilən vəziyyət yaranır. Qaranlıq yerdən işıqlı yerə və ya əksinə keçəndə insanın gözü 7-8 saniyəlik qaralırsa, deməli A vitamini azdır. Əgər bu defisit düzəlməsə, bir müddətdən sonra buynuz qişanın kökü quruyacaq, naziləcək. Daha sonra büllur qaralacaq, gözlərdə eroziya başlayavaq.
- Dəri və selikli qişalar quruyur, çatlayır, yaralar əmələ gəlir. Dəridə sızanaq, akne, çapıq, dəlik, qırışlar vaxtsız və sürətlə artır. İnsan qocalır.
- Dırnaqlar və saçlar quruyur, tez qırılır, saçlar tökülür.
- Sidikdə pH balansı pozulduğu üçün böyrək və sidik yolları daşları yaranmağa başlayır.
- A vitamini az olduqda libido azalır, cinsi istəksizlik yaranır, hətta qadınlarda menstruasiya itə bilər.
- Ümumi halsızlıq, yorğunluq, impotensiya, yuxululuq
- Quruyan, qabıqlanan dəri varsa, deməli A vitamini çatışmır.
Hansı ərzaqlarda A vitamini var?
Kök, balqabaq, kabak, ispanaq, bibərlər, kahı, pomidor, çəhrayı sarı meyvələr, mal və balıq qaraciyəri, yumurta sarısı.